Qaralovun işdən çıxartdığı şəxsə yüksək vəzifə verildi

Ədliyyə Nazirliyində kadr dəyişikliyi olub.

XALQ.AZ xəbər verir ki, bu barədə müvafiq əmri Ədliyyə naziri Fikrət Məmmədov imzalayıb. Əmrə əsasən, İlqar Cəfərov nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyinat alıb.

Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumatı təsdiqləyib.