Qartalla ova çıxan 13 yaşlı qız (FOTO)

S-1

Qərbi Monqolustanda qazax oğlanlarına 13 yaşından qartalla tülkü və dövşan ovlamağı öyrədirlər. Uşaqların əksəriyyəti qızıl qartallardan qorxur. Svidenski, həmin oğlanların və Aşol-Pan adlı qızın fotolarını çəkib. Monqol qızını qartalla ova çıxdığı zaman lentə alan fotoqraf Aşer Svidenski , onun ovunu müşahidə etmək heyrətamiz mənzərə olduğunu deyib: “Onu qartalla izləmək heyrətamizdir”. Fotoqrafçının sözlərinə görə, qartalla birgə Aşol-Pan adlı ovçu qızın özünü daha rahat, daha arxayın, və bəlkə də daha güclü hiss etdiyi aydın sezilir.

Qərbi Monqolustanda Altay sıra dağları. Bu bölgədə qızıl qartalla ova çıxan yeganə ovçular yerli qazaxlardır. Qazax ovçularının sayı bugün 400 nəfərə çatır. Aşol-Pan ölkənin tanınmış ovçusunun qızıdır. Ola bilsin ki, o, ölkənin yeganə qadın ovçusudur.

Qartalla ova gedənlər qışın -40C şaxtasında belə ova çıxırlar. Ova başlamaq üçün ovçular atın belində dağın başına çıxırlar. Zirvədən ətrafdakı heyvanları daha yaxşı görmək olur. Ovçular ova qrup şəkildə yollanır. Şikarı gördükdə onun dalına düşüb qovaraq açıq əraziyə çıxarırlar. Eyni zamanda da qartalı buraxırlar. Qartal heyvanın öhdəsindən gələ bilməyəndə isə digər bir qartalı onun köməyinə göndərirlər.

Qazaxlar ov üçün qartalı yırtıcı quş bala çağında olarkən yuvasından aparıb təlimləndirməyə başlayırlar. Ovda dişi qartallardan istifadə edilir, çünki onlar daha ağır çəkili olurlar. Ov qartalının çəkisi 7 kg, qanadlarının ümumi uzunluğu isə 2,3 metrə çata bilər. İllərlə ovçuya xidmət edəndən sonra qazaxlar qartalı azadlığa buraxır. Sonuncu dəfə buraxanda isə ovçu hədiyyə kimi qartalı üçün dağın başında kəsilmiş qoyun cəsədi qoyur. Beləliklə, qazaxlar qartalları canlı təbiətə qaytarır kı, bu quşların nəsli kəsilməsin, Svidensky deyir.

O, Ashol-Panı güləruz, yaraşıqlı bir qız kimi təsvir edir. Ovun bu növü ilə Monqolustanda ovun bu növü ilə 2000 ilə yaxın kişilər məşqul olub. Monqol qızının bu sənətə meyl etməsi isə görünür ki, müasir Monqolustanda baş verən dəyişiklərdən xəbər verir, fotoqrafçı və yazar Asher Svidensky qeyd edir.

S-2

S-3

S-4

S-5

S-1

S-6