Qatil “Lotu Quli”ni öldürməmişdən öncə VİDEOYA ÇƏKDİ

1597912842.ttttt

Xəbər verdiyimiz kimi bu gün “Lutu Quli” ləqəbi ilə tanınan qanuni oğru Nadir Səlifov Türkiyənin Antalya şəhərindəki otellərin birində qətlə yetirilib.


XALQ.AZ xəbər verir ki, onu öldürdüyü deyilən yaxın adamı “Xan Əhmədlinski” ləqəbli kriminal avtoritetin cinayətdən bir neçə saat əvvəl çəkdiyi video yayılıb. Videoda qarşıda Nadir Səlifovun, arxada isə onun getdiyi görünür.


Qeyd edək ki, Türkiyə polisinin açıqlamasına görə, Nadir Səlifova sui-qəsd edənlər 26 yaşlı Amır Hamidli (Əmir Həmidli) və 25 yaşlı Khayn Zeyralovdur (Xayn Zeyralov). Onlar qaçdıqdan sonra Dənizlidə saxlanılıblar.


Azərbaycan əsilli iki şübhəli, geniş təhlükəsizlik tədbirləri altında xəstəxanada müayinə keçdikdən sonra Antalya Məhkəməsinə gətiriliblər. 

XALQ.AZ