Qaxda təhsil strategiyası

 

 

13

Yeni təhsil naziri Mikayıl Cabbarovun təyinatından sonra təhsildə müəyyən müsbət irəliləyişin olması danılmazdır. Nazir uzun illər bu sektoru nəzarətində saxlayan şəxsləri dəyişmək, yeni və ciddi qaydalar qoymaqla buna qismən nail olub. Amma bu hamsı deyil. Görünür, Mikayıl Vabbarov dəyişiklikləri davam etditməlidir.

Belə ki, Qax rayon təhsil şöbəsinin müdiri Məmməd Xasiyev son illər təhsil sahəsində əldə olunan nailiyyətləri məhz yarıtmaz fəaliyyətilə kölgə altına alır.

Bizimxeber.az- rayon təhsil işçiləri vasitəsi ilə daxil olan məlumata görə, Məmməd Xasiyev Qax rayon təhsilini son dərəcə acınacaqlı duruma gətirib. Bu isə haqlı olaraq yerli ictimaiyyəti və təhsil işçilərini ciddi şəkildə narahat edir. Rayon təhsil işçiləri müxtəlif instansiyalara ünvanladıqları məktub və ərizələrdə vəziyyətin gərgin həddə çatdığı qeyd edirlər: « Təhsil sisitemindəki yenilklər və irəliləyişlər Qax rayon təhsil sistemində nəzərəçarpmır. Bunun isə əsas səbəbkarı məhz rayon təhsil şöbəsinin müdiri Məmməd Xasiyevdir. O, yol verdiyi ciddi nöqsanlar səbəbindən rayon camaatı arasında özünə xüsusi ləqəb qazanıb. Məmməd Xasiyevin «kliçka»sının nə olduğunu demək istəməzdik. O, müxtəlif maliyyə maxinasiyaları ilə də əhalinin diqqətini cəlb edir.

Məsələn, Qax rayonunda yerləşən təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqilə dövlət vəsatlərinin mənimsənilməsi artıq adi hal alıb».

Hazırda Qax rayonunda 56 ümumtəhsil məktəbi, o cümlədən 30 tam orta, 16 ümumi orta, 9 ibtidai məktəbin fəaliyyət göstərdiyini deyən mənbə 8 minə yaxın şagirdin təlim-tərbiyəsilə 1200-dən artıq müəllimin məşğul olduğunu qeyd edib: «Nazirlər Kabinetinin məlum qərarı ilə hər bir müəllim həftədə 24 saat dərs yükü ilə təmin olunmalıdır. Müəllimə bundan əlavə dərs saatı vermək olmaz. Bu barədə Təhsil Nazirliyi də dəfələrlə məlumat verib, qərar qəbul edib. Lakin ixtisas müəllimlər olmadığı təqdirdə, daha doğrusu, məktəbdə kadr çatışmazlığı olduğu halda, müəllimlər yerdə qalan dərsləri əvəzçiliklə deyə bilərlər. Və buna görə müəllimə əlavə maaş yazılır. Qax rayonunda həmin dərslər əvəzçiliklə müəllimlərin adlarına yazılsa da, onlar bu dərsləri tədris etsələr də, əvəzçiliklə keçdikləri dərs saatlarına ayrılmış məvacibləri ala bilmirlər. Halbuki bu gün əksər rayonlarda əvəzçiliklə verilən dərslərin məvacibi ödənilir. Ancaq Qax rayonunda özəl qaydalar olduğundan təhsil şöbəsinin müdiri Məmməd Xasiyev bu məvacibi heç vaxt ödənilməyəcəyini bildirib.

Bir sözlə, rayon təhsil şöbəsinin müdiri nə Nazirlər Kabinetinin, nə də ki, Təhsil Nazirliyinin qərarlarına məhəl qoymur. Sanki ölkənin hər yerində işləyən qərarların Qax Rayon Təhsil Şöbəsinə və konkret olaraq Məmməd Xasiyevə heç bir aidiyyəti yoxdur». Məlumatlı şəxs iddia edir ki, Qax rayon təhsilini bu vəziyyətə gətirib çatdıran Məmməd Xasıyevdir: «Onun laqeydliyi ucbatından Qax Rayon Təhsil Şöbəsinin nəzdində fəaliyyət göstərən bir sıra kənd orta məktəbləri baxımsız qalıb və nəticədə qəzalı vəziyyətə düşüb. Bundan başqa, rayondakı məktəb və liseylərdə təhsilə aid olmayan məqamlar çoxdur. Məsələn, Məmməd Xasıyevin göstərişi əsasında Qaxın bütün məktəblərində ilin müəyyən aylarında pul yığılır. Bir neçə ay əvvəl isə rayondakı bütün müəllimlərin əmək haqlarının 2 faizi kəsilib. Lakin bununla bağlı rəhbərlik tərəfindən heç bir açıqlama verilməyib».

Bizimxeber.az