Qayınata maşınla gəlininin üstündən keçdi

Tərtərdə gəlinini avtomobillə vuraraq öldürən şəxsin kimliyi məlum olub. 

XALQ.AZ xəbətr verir ki, bu, Şuşa rayonundan məcburi köçkün Qara Şahvələdovdur. 

Onun könüllü olaraq polisə təslim olduğu bildirilir. 

****

Tərtər rayonunda qayınata əsəbləşərək avtomobillə gəlininin üstündən keçib.

Hadisə rayonun Şıxarx qəsəbəsində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində baş verib.

Hələlik şəxsiyyəti məlum olmayan kişi gəlinini minik avtomobili ilə vurub.

Ağır bədən xəsarətləri alan gənc qadın xəstəxanaya yerləşdirilib. Hadisənin ailə münaqişəsi zəminində və qəsdən törədildiyi bildirilir.

Baş verən hadisə ilə bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıblar.