Qaynanasını bıçaqlayan yeznə saxlanılıb

Qanli bicaq

7 ildir ailəli və bu nigahdan 2 övladı olan Həsənov Razim Mehman oğlu hər gün qaynanasının təhqirlərinə məruz qaldığını deyir.

Razimin sözlərinə görə, min bir əzabla, fəhləliklə ailəsini saxlayaraq, xoşbəxt həyat yaşamaq istəyib. Elə həyat yoldaşını da sevib evlənib. Amma qaynanası Lətifova Zərnigar Əlisoltan qızı ilə ulduzları heç cur barışmayıb. Razimin sözlərinə görə artıq 7 aydir ki, qaynanası uşaqları və həyat yoldaşını ondan ayıraraq özü ilə aparıb. Ara bir uşaqlarını görmək üçün qaynanasının yaşadığı Sumqayıt şəhər stansiya Sumqayıt qəsəbəsinə gələrək övladları ilə görüşürmüş. Amma son görüşdə hər şey fərqli olub.

Saxlanılan şəxs, Razim Həsənov: “Gəldim, məni itələyib çıxardı bayıra, soydü mən də vurdum.”

Yeznəsi tərəfindən qarın və döş nahiyəsindən 2 bıçaq xəsarəti alan yaralı Zərnigar Lətifova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində qaynananı həyatda saxlamaq mümkün olub. Əlini qaynanasının qanına bulayan Razim Həsənov isə hadisədən sonra qaçıb gizlənib.

Sumqayıt ŞPİ-nin istintaq şöbəsinin rəis müavini, Füzuli Əhmədov: “Keçirilən əməliyyat zamanı o saxlanılıb. Cinayətdə istifadə etdiyi bıçaq maddı sübut kimi götürülüb”.

İndi Razim öz əməlinə görə qanun qarşısında cavab verəcək. Və yəqin ki , qaynanası razı olsa belə, hələ uzun illər övladlarına həsrət qalacaq.