Dəhşət- 1 yaşlı uşaq xəsarət aldı

Sumqayıt şəhərində bədbəxt hadisə baş verib.

XALQ,AZ xəbər verir ki, şəhərin 30-cu məhəlləsində yaşayan 2017-ci il təvəllüdlü yerli sakin İsazadə Məhəmməd Rəşad oğlunun üzərinə qaynar çaydan dağılıb.

Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. Hazırda 1 yaşlı M.İsazadənin müayinə və müalicəsi həyata keçirilir.

Elgün