Qazax Rayon İcra Hakimiyyəti “PAŞA Holding”lə sosial aksiya keçirdi – Foto

01 02 22 IMG 2654

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə hazırda davam edən xüsusi karantin rejimi ilə əlaqədar Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi bu gün də davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur.


XALQ.AZ xəbər verir ki, Dövlət başçısı İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına əsasən, növbəti belə bir tədbir Qazax Rayon İcra Hakimiyyəti və “Paşa Holdinq” MMC-nin birgə təşəbbüsü ilə rayonun sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm və Fərəhli kəndlərində baş tutub.


Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllülərinin iştirakı ilə reallaşan aksiyada Quşçu Ayrım kəndində 149, Məzəm kəndində 37, Fərəhli kəndində 130 ailəyə gündəlik tələbatlarını ödəmək üçün müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.


Aksiyadan yararlanan kənd sakinləri dövlətimiz tərəfindən onların sosial məsələlərinin həllinə daim böyük diqqət göstərildiyini, hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıblar. Karantin rejimi müddətində onlara göstərilən diqqət və qayğıya görə başda dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmaqla bütün aksiya iştirakçılarına minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının “Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq onlara verilən sosial dəstəyə görə “PAŞA Holding” MMC-yə və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.  


Məlumat üçün onu da qeyd edək ki, ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına əsasən pandemiya dövründə Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax” Xeyriyyə İctimai Birliyinin təşəbbüsünə qoşulan yüzlərlə insan tərəfindən Qazaxda ümumilikdə 9 mindən çox aztəminatlı ailəyə sovqat paylanılıb.

IMG 2603

Quşçu Ayrım kəndi

IMG 2379(3)
IMG 2488(1)
IMG 2507
IMG 2525(2)

Məzəm kəndi

IMG 2569
IMG 2570
IMG 2574
IMG 2583

Fərəhli kəndi

IMG 2633
IMG 2654
IMG 2675
IMG 2685
IMG 2689
IMG 2717

XALQ.AZ