Qazaxda yaşayan məcburi köçkün ailələrinə bayram sovqatı paylanılıb – Foto

1590238498 mg 5349

Ölkəmizdə koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən elanolunmuş xüsusi karantin rejimi müddətində Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qabaqlayıcı tədbirlərin həyata keçirilməsi davam etdirilir. Xüsusilə də aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi istiqamətində bütün imkanlardan istifadə olunur. Dövlət başçısı cənab İlham Əliyevin pandemiyanın əhaliyə mənfi təsirlərini azaltmaq məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlər Ramazan bayramı ərəfəsində də davam etdirilib.

Ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışınavə Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsünə növbəti dəfə qoşulan “PAŞA Holding” MMC müqəddəs Ramazan bayramı ərəfəsində rayonun işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Aşağı Əskipara kəndlərinin sakinləri üçün Qazaxbəyli kəndində salınmış Yeni qəsəbədə yaşayan 304 məcburi köçkün ailəsinə gündəlik qida məhsullarından ibarət sovqat paylayıb.

1590238522 mg 5385

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazaxbəyli kəndində Yeni qəsəbədə olub, məcburi köçkün ailələrini Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edib, xoş arzularını çatdırıb. Ölkə başçısının və Birinci vitse-prezidentin məcburi köçkün ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan rayon rəhbəri bugünkü tədbiri həmin qayğının bariz nümunəsi kimi qeyd edib. Ölkə Prezidentinin “Biz birlikdə güclüyük!” çağırışına dəstək olan “PAŞA Holding” MMC-nin bu cür xeyirxah təşəbbüsünü onlara göstərilən qayğının davamı olaraq vurğulayıb.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, “Gənc Könüllülər”in və aidiyyatı şəxslərin iştirakı ilə həyata keçirilən xeyriyyə aksiyası qəsəbə sakinləri tərəfindən də böyük razılıqla qarşılanıb. Məcburi köçkün ailələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmalarına və karantin rejimi müddətində onlara verilən sosial dəstəyə görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Ölkə başçısının “Biz birlikdə güclüyük” çağırışına dəstək olaraq, hər zaman vətəndaşların yanında olan “PAŞA Holding” MMC-nin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Dövlətin dəstəyini hər an hiss etdiklərini qeyd edən məcburi köçkünlər bu gün bunun bir daha şahidi olduqlarını dilə gətiriblər.

1590238528 mg e5698
1590238512 mg 5735
1590238538 mg 20200523 wa0014
1590238466 mg 20200523 wa0015
1590238480 mg 20200523 wa0038
1590238525 mg 20200523 wa0042
1590238469 mg 5713
1590238459 mg 5701
1590238481 mg 5707
1590238517 mg 5719
1590238461 mg 5726
1590238560 mg 5729

XALQ.AZ