Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

XALQ.AZ xəbər verir ki, yerli vaxtla 07:00-da səsvermə prosesinə start verilib.

11 milyon 947 min seçicinin olduğu ölkədə 7 namizəd prezidentlik uğrunda mübarizə aparır. 20 martdan bəri prezident vəzifəsini icra edən “Nur Otan” Partiyasının üzvü Qasım Comərd Tokayev də seçkilərdə iştirak edir. O, artıq seçkidə səs verib.

Namizədlərdən heç biri 50% səs toplamasa, 2-ci tur təyin ediləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.