Qazaxıstanın Azərbaycandakı səfiri yeni vəzifəyə təyin olunub

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev Qazaxıstan prezidentinin parlamentdəki nümayəndəliyinin rəhbəri təyin olunub.

XALQ.AZ xəbər verir ki, müvafiq fərmanı dövlət başçısı Kasım-Jomart Tokayev imzalayıb.

Mətbuat xidmətindən bildirilib ki, eyni fərmanla B.İsabayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, B.İsabaev 2015-ci il martın 16-dan etibarən ölkəsinin Azərbaycandakı səfiri vəzifəsində çalışıb.

 

Orxan