Qeydiyyata alınmış namizədlərin sayı açıqlandı

Avropa Şurası Mərkəzi Seçki Komissiyası (MSK) ilə birlikdə jurnalistlər üçün “Seçkinin mediada işıqlandırılması” mövzusunda informasiya sessiyası təşkil edib.

XALQ.AZ xəbər verir ki, tədbir Avropa Şurasının “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində həyata keçirilir. Tədbirin əsas məqsədi Azərbaycanda 9 fevralda keçiriləcək parlament seçkiləri öncəsi jurnalistlərin gender bərabərliyinə də xüsusi diqqət yetirərək, seçkinin mediada işıqlandırılması sahəsində Avropa Şurası standartlarına dair məlumatlılığını artırmaqdır. Tədbirdə 30-dan çox media qurumunun rəhbəri, eləcə də dövlət qurumlarının və diplomatik missiyaların nümayəndələri, beynəlxalq və yerli ekspertlər iştirak edir.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirb ki, tədbirin keçirilməsi Avropa Şurası ilə əməkdaşlığın tərkib hissəsidir. O, media nümayəndələrinə göstərdikləri fəaliyyətdən dolayı təşəkkür edib.

MSK sədri bildrib ki, yanvarın 15-dək 1534 nəfərin namizədliyi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb:

“Seçki prosesi ilə bağlı indiyədək olan bütün göstəricilər rekord rəqəmlərdir. Ona görə də MSK-nın və aşağı seçki komissiyalarının fəaliyyəti müsbət mənada gərgin şəkildə keçir. Bizim mətbuatla keçirdiyimiz tədbirlər MSK tərəfindən ən yüksək qiymətləndirilən tədbirlər olur. Bütün seçki subyektləri öz fəaliyyətini bu istiqamətdə qurmalıdır. Media orqanları yeganə qurumdur ki, əvvəldən axıradək heç bir akkreditasiya olmadan seçkiləri müşahidə etmək imkanına malidir”.

MSK sədri yanvarın 17-də qeydiyat prosesinin başa şatdığını və təbliğat-təşviqat proseisnin başlayacağını vurğulayıb. O, təbliğat-təşviqat prosesinin daha çətin bir proses olduğunu vurğulayıb:

“Bu mərhələdə biz sizdən daha çox məlumat gözləyirik. Təşviqat mərhələsi digər mərhələlərdən heç də az əhəmiyyət kəsb etmir”.