QHT Əməkdaşlıq Alyansı exit-pollun nəticələrini açıqlamışdır

 

11

QHT Əməkdaşlıq Alyansının sifarişi əsasında “Proqnoz” müstəqil sosioloji sorğu təşkilatının bu gün Azərbaycanda keçirilən prezident seçkilərində apardığı exit-pollun nəticələri açıqlanmışdır.
AzərTAc xəbər verir ki, exit-pollun nəticələri Müstəqil Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında elan edilmişdir.
Nəticələrə görə, İqbal Ağazadə 1,88 faiz, Azərbaycanın hazırkı dövlət başçısı, prezidentliyə namizəd İlham Əliyev 83,89 faiz, Araz Əlizadə 0,71 faiz, Hafiz Hacıyev 0,79 faiz, Qüdrət Həsənquliyev 1,30 faiz, Cəmil Həsənli 8,20 faiz, İlyas İsmayılov 0,95 faiz, Fərəc Quliyev 0,63 faiz, Sərdar Məmmədov 0,67 faiz, Zahid Oruc 0,98 səs toplamışlar.
Qeyd edək ki, exit-poll 125 seçki dairəsi üzrə 939 məntəqədə keçirilmişdir.