QHT-Media əməkdaşlığının gücləndirilməsinə dair onlayn konfrans keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşəbbüsü və Mətbuat Şurasının yaxından iştirakı ilə 18 aprel saat 15:00-da koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə QHT- Media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans (https://us02web.zoom.us/j/82995153946) keçiriləcək.

XALQ.AZ xəbər verir ki, konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin tanınmış media qurumlarının və QHT-lərin rəhbərləri iştirak edəcək.