Qızıl Aypara Cəmiyyəti və Milli QHT Forumu əməkdaşlıq sazişi imzalayacaq

qz

Azərbaycanın ən qocaman təşkilatı kimi Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ölkənin ən böyük QHT platforması olan Azərbaycan Milli QHT Forumu birgə əməkdaşlıq sazişi imzalamağı qərarlaşdırıb.

AZADİNFORM xəbər verir ki, əməkdaşlıq sazişinin imzalanmasında məqsəd hər iki qurumun bilik və bacarığını, təcrübəsini səfərbər edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək və ehtiyaclı insanlara daha yaxşı və səmərəli humanitar yardım etməyə nail olmaqdır. Sazişin imzalanma mərasimi sabah “Divan Express” otelində baş tutacaq.


Comments are closed.