Qızıl Aypara Cəmiyyəti yardımlarını davam edir

Dağlıq Qarabağ ərazisində məlum hadisələr nəticəsində cəbhəboyu yaşayış məntəqələrinə, fərdi evlərə,  mülki infrastruktura, sosial obyektlərə, ümumilikdə mülki əhaliyə ciddi ziyan dəyib.

AzQAC öz missiyasına, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının fundamental prinsiplərinə, Cenevrə konvensiyalarına və Beynəlxalq humanitar hüquqa əsaslanaraq humanitar tədbirlərin həyata keçirilməsi üçün bütün daxili imkanlarını səfərbər etmişdir.

Belə ki, hadisələr başlandığı gündən, 27 sentyabrdan  03 oktyabra qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəmiyyətin prezidenti, millıət vəkili Novruz Aslanovun başçılığı ilə mütəmadi şəkildə hər gün geniş tərkibli müşavirə keçirilir, yaranmış vəziyyət və atılacaq addımlar şərh edilir və cəbhəyanı rayonlarda müvafiq humanitar əməliyyatların həyata keçirilirməsi üçün tapşırıqlar verilir. Belə ki, mövcud vəziyyət nəzərə alınaraq, AzQAC-ın regional mərkəzləri, şəhər və rayon bölmələri ilə əlaqələri gücləndiirlmiş iş rejimdə qurulmuş, Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə xüsusi təlim keçmiş Fövqəladə Mobil Könüllü Dəstələri hazırlıq vəziyyətinə gətirilib.

Hazırda Tərtər,  Goranboy, Cəbrayıl, Daşkəsən, Bərdə, Ağdam və Füzuli rayon bölmələrinin əməkdaşları və mobil könüllü dəstələri tərəfindən görülən işlər barədə hesabatı diqqətinizə çatdırırıq.

Rayon KomitəsiÜmumi vəziyyətMüəyyən edilmiş ehtiyaclarGörülən tədbirlər
Rayon bölməsiİcmalarƏhali
TərtərSədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Mülki şəxslər arasında xəsarət alanlar var.Vəziyyət imkan verdiyi zaman yalnız bir bazar açılır. İlk yardım dəstləriSığınacaqlara təxliyə, yorğanlar,adyallar, qida və gigiyena əşyaları, su, ilk yardım, psixososial dəstək İşçilər və könüllülər sığınacaqlarda yatan mülki şəxslərə dəstək verməyə davam edirlər.Zirzəmilərdə 200 mülki əhaliyə çörək, 400 litr su və ət konservləri, 130 şüşə qabda su, 110 nəfərlik nahar (sendviç) paylandı.Ümumilikdə 412 vətəndaşa yardım göstərilmişdir. AzQAC rayon bölməsinə 120 ədəd İlk Yardım çantası verildi  
AğdamSədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Mülki şəxslər arasında xəsarət alanlar var. İnsanlar ya yol kənarındadır, ya da müvəqqəti sığınacaqlarda (ictimai binalarda) gecələyirlərİlk yardım dəstləriSığınacaq; yorğanlar, qida və gigiyena əşyaları, su, ilk yardım, psixososial dəstəkMobil Könüllülər dəstə üzvləri ardıcıl olaraq çörək və su paylayırlar.Gündəlik qida məhsulu və 700 litr su paylanmış, 230 ailəyə yardım edildi.Şirbanlı Bardı kəndində, Uğurbəyli məktəbində gündəlik qidalar paylanmışdır. Ümumilikdə, 21 ailəyə yardım göstərilmişdir.AzQAC rayon bölməsinə 20 ədəd İlk Yardım çantası verildi150 gigiyena bağlaması,təmizləyicilər və maye sabun paylanılır. 
FüzuliSədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Sədr ümumi vəziyyəti gündəlik qiymətləndirir. Mühacir yoxdur. Şəhərə giriş bağlıdır. Dükanlar məhdud sayda işləyir.İlk yardım dəstləriQida və gigiyena əşyaları, su, ilk yardım, psixososial dəstək. Könüllülər mütəmadi olaraq xəstəxanalara baş çəkir və orada yardım göstərirlər. Könüllülər sıxlıqdan qaçmaq üçün yolların tənzimlənməsinə kömək edirlər.150 gigiyena bağlaması, təmizləyicilər və maye sabun paylanılır.AzQAC rayon bölməsinə 20 ədəd İlk Yardım çantası verildi
GoranboyGərginlik davam edir.İlk yardım dəstləriƏrzaq, gigiyenik məhsullar İşçilər və könüllülər (ümumilikdə 18 nəfər) yaralıların xəstəxanalara çatdırılmasında köməklik göstərirlər. Yaralılara birbaşa xəstəxanalarda da qulluq edirlər.150 gigiyena bağlaması, təmizləyicilər və maye sabun paylanılır.BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur.
DaşkəsənSədrin sözlərinə görə, şəhərin mərkəzində vəziyyət sakit olaraq qalır. İlk yardım dəstləri Könüllülər Daşkəsəndə bir xəstəxananın yerləşdiyi ərazidə səyyar xəstəxana üçün çadırlar qurmağa kömək etmişlər.Ərzaq tədarükündə və  paylanışında iştirak edirlər BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur.
CəbrayılSədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Fərdi evlərə ziyan dəyib, 15-20 ev dağılıb.İlk yardım dəstləri Könüllülər qida paylanmasına qatıldı. Şöbə işçiləri və könüllülər qan verdilər.Cocuq Mərcanlıda 50 nəfər AzQAC-ın avtomobili vasitəsilə təxliyə olunub.150 gigiyena bağlaması, təmizləyicilər və maye sabun paylanılır.BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur. 
BərdəSədrin sözlərinə görə, gərginlik qalmaqdadır. Mülki şəxslər arasında yaralılar var. Tərtər və Ağdamın kəndlərindən gələnlər ictimai binalarda yerləşdirilir.İlk yardım dəstləriSığınacaq; yorğanlar, qida və gigiyena əşyaları, su, ilk yardım, Psixososial dəstəkRayon bölməsi Qazaxlar, Nazirli, Satırlı və Bala Qacar kəndlərindəki məktəblərə müvəqqəti sığınan ailələrə 70 gigiyenik bağlama payladı. Şöbə işçiləri və könüllülər qan verdilər. 300 nəfərə gündəlik qida və su paylanıb. 55 nəfərə ərzaq bağlamaları verilib. BQXK vasitəsilə ilk yardım dəstlərin verilməsi nəzərdə tutulur.

Ümumi statistika:

Könüllü fəaliyyət- 18760 AZN

Ərzaq-qeyri ərzaq: 73135 AZN

Yardımlarla əhatə olunmuş əhalinin sayı: 3067 nəfər.

Cəbhəboyu rayonların hər birində BQXK tərəfindən xüsusi təlim keçmiş 20 nəfərdən ibarət və lazımi texniki vasitələrlə təmin edilmiş mobil könüllü dəstələr fəaliyyət göstərir. Bunlarla yanaşı hər rayonda 20-30 nəfərdən ibarət könüllü əlavə olaraq bu işlərə cəlb olunub.

Cəbhəboyu rayonlarda 7 gün ərzidə cəmi 91895 AzN dəyərində 3067 insana zəruri humanitar yardımlar edilmişdir.