Qızıl Aypara Cəmiyyəti Şəkidə yanğından zərər çəkmiş ailəyə humanitar yardım göstərib
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Şəki şəhərində yanğından zərər çəkmiş ailəyə humanitar yardım göstərib
11 aprel 2025-ci il tarixində Şəki şəhərində baş vermiş yanğın nəticəsində şəhər sakini Məmmədzadə Şəfəq Aydəmir qızının yaşadığı ev tamamilə yanaraq yararsız hala düşmüşdür. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən zərərçəkmiş ailəyə zəruri humanitar yardım göstərilib.
XALQ.AZ xəbər verir ki, tədbirdə AzQAC-ın İcraçı Katibinin müavini Elşən Səlimzadə, Şəki rayon bölməsinin sədri və müavini – Səbuhi Mustafayev və Şahnaz İmamverdiyeva, Sumqayıt şəhər bölməsinin sədri Şəhriyar Əliyev, həmçinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev iştirak ediblər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti fövqəladə hallarda və təbii fəlakətlər zamanı zərərçəkmiş şəxslərə operativ dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirir. Cəmiyyət, öz humanitar missiyasına uyğun olaraq, gələcəkdə də belə hallarda ehtiyacı olan ailələrin yanında olmağı qarşısına məqsəd qoyur.