“QIZIL BUTA” MÜKAFATÇILARININ SEÇİMİ BAŞLANDI-SORĞU

“DAİM” MƏRKƏZİ 2018-ci ilin yekunlarına dair ənənəvi olaraq “QIZIL BUTA” MÜKAFATI üçün sorğular keçirir.

Sorğular XALQ.AZ xəbər portalının texniki dəstəyi ilə həyata keçiriləcək. Budəfəki sorğu anket- sorğu  formasında sosial şəbəkələrdə, həmçinin “DAİM” MƏRKƏZİ-nin koordinatorları tərəfindən aparılacaqdır. Sorğu  müxtəlif nominasilayalar üzrə səsvermədə ən çox səs qazanan şəxslər  “QIZIL BUTA” mükafatı ilə təltif olunacaqlar. Səsvermənin nəticələri KİV-də dərc olunacaq və ilin sonunda qaliblər möhtəşəm tədbirdə mükafatlandırılacaqlar.

Sorğu 5-17 dekabr 2018- ci il tarixləri arasında keçiriləcək. 17 dekabr saat 12.00-da səsvermə bitəcək.

Seçimdə iştirak etmiş şəxslər “QIZIL BUTA” mükafatının təltif etmə mərasimində iştirak edə bilərlər.


2018-ci il üçün “QIZIL BUTA” MÜKAFATÇISINI TƏYİN EDİN

Müxtəlif nominasiyalar üzrə anket-sorğuda namizədin adını qeyd edərək Siz  “QIZIL BUTA” mükafatçısını təyin edirsiz.

Namizəd haqqında məlumat

Qeyd edək ki, səsvermə 17 dekabr 2018-ci il saat 12.00-də dayandırılacaq.