Qızıl ucuzlaşıb

Amerika fond bazarında “Dow Jones” indeksi 2,54% – 25 520,96 bəndədək, “S&P 500” 2,12% – 2 762,13 bəndədək, NASDAQ isə 1,96% – 7 240,95 bəndədək ucuzlaşıb.

XALQ.AZ xəbər verir ki, Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,63% – 7 443,43 bəndədək, Almaniya DAX-ı 1,68% – 12 785,16 bəndədək, Fransa CAC-40-ı isə 1,64% – 5 364,98bəndədək ucuzlaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,60 dollar ucuzlaşaraq 1 337,30 dollara, gümüşün unsiyasının qiyməti 0,45 dollar azalaraq 16,71 dollara satılıb.