Qobustan və Masallıda qumbara tapıldı

Qumbara

Azərbaycanda hərbi sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xalq.az-a verilən məlumata görə, Qobustan rayonunun Şıxsərli kəndinin ərazisində 1 ədəd “F-1” qumbarası, 1 ədəd “Z-82” qumbarası tapılıb. Sursatlar DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən zərsizləşdirilib.
2 ədəd tank əleyhinə qumbara və 9 ədəd alışdırıcı götürülərək RPŞ-yə təhvil verilib.

Daha bir qumbara isə Masallı şəhərində yaşayış evinin həyətində aşkarlanıb. Masallı şəhərində yaşayan Zülfiyyə Axundovanın həyətindən 1 ədəd “F-1” qumbarası aşkarlanıb. DİN Daxili Qoşunlarının əməkdaşları tərəfindən götürülərək zərəsizləşirilib