Qobustanda dəhşətli qəza: 3 ölü

85

 

Xalq.az AzVision.az istinadən xəbər verir ki, noyabrın 29-da saat 21:37-də Qaradağ rayonu, Qobustan qəsəbəsi, Bakı-Salyan magistral avtomobil yolunun 61-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib. FHN-dən verilən məlumata görə, qəzasının baş verməsi və vətəndaşın köməyə ehtiyacı olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin Qobustan rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə çıxıb.

Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, sürücüsü məlum olmayan KamAZ markalı 90 JF 164 dövlət nömrə nişanlı yük avtomobili ilə şəxsiyyəti məlum olmayan sürücünün idarə etdiyi VAZ 2106 markalı 07 BD 435 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Nəticədə avtomobillər ağır deformasiyaya uğrayıb.

Qəza zamanı VAZ 2106 markalı avtomobildə olan sərnişin (kişi) zərbə nəticəsində avtomobilin ön hissəsindən yerə düşüb. O aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb.

Ağır deformasiyaya uğramış VAZ 2106 markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü və şəxsiyyəti məlum olmayan digər sərnişin (qadın) də aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində dünyasını dəyişib.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə cəsədləri adıçəkilən avtomobildən çıxararaq hüquq-mühafizə orqanları əməkdaşlarına təhvil verib.