Qobustanda torpağ biznesi

47

 

Qobustan rayonunun  Hilmilli  kəndinin  münbit torpaqlarını Bakıya daşıyırlar

Son vaxtlar  Qobustan Rayon İcra Hakimniyyətinin  (RİH ) işindəki nöqsanlarla bağlı xeyli məlumatlar daxil olur.
Hələ bir neçə gün öncə  rayonun inzibati mərkəzi olan Qobustan şəhərində içməli suyun olmaması, sakinlərin çox baha qiymətə  su alması barədə yazmışdıq.  Hətta  su çatışmazlığına  etiraz edərək yolu kəsən  vətəndaşlarla  icra başısı  Adil  Məmmədov özü  görüşərək  onlara tezliklə su problemini  həll  edəcəyini söz verib.
Bu gün bizimlə əlaqə saxlayan bölgə müxbirimiz  Nazim Bəşirli  bildirdi ki, hələ heç bir dəyişiklik yoxdur, sadəcə xeyli sayda boru gətirib töküblər, vəssəlam.
Bölgə müxbirimiz daha vacib bir problemə toxundu.
Onun dediyinə görə Qobustan rayonunun Hilmilli kənd sakinlərindən  imkanlı məmurlar  torpağın bir hektarını 500 dollara  alırlar. Sonra həmin torpağı iri  “Shadman”,   “KamAZ” maşınlarına yükləyərək Bakıya bağlara daşıyırlar.
Bölgə müxbirimiz bildirdi ki, Hilmilli kəndinin bütün münbit torpaq sahələrini  bu torpaq alverçiləri məhv edib, istənilən vaxt gəlib çəkiliş edə bilərsiniz.
Görəsən, bu biabırçılığa ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və rayonun icra başçısı Adil Məmmədov niyə göz yumurlar..? Bəlkə, “Ulduz” filmində deyilən kimi gözlərinə nəsə düşüb?
  qafqaznews.az