Qobustanda yanğın – Helikopterlər cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan Dövlət Qoruğunun ərazisində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən XALQ.AZ-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata əsasən, dağlıq ərazidə quru ot və kol-kos yanır.
Yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Yeganə