Qobustanla Agentlik arasında gizli iş birliyi

58

Qobustan şəhər bələdiyyəsinin sədri Vasif Novruzovla bağlı yeni iddia ortaya çıxıb. 

Rayondan  daxil olan məlumatda bildirilir ki, Qobustanda 38 hektar ərazini bələdiyyə sədri heç bir müqavilə olmadan Alternativ və Bərpa olunan Enerji mənbələri üzrə Dövlət Agentliyinə istifadəyə veriblər. Əvəzində isə sözügedən qurum bələdiyyə sədrinə 20 000 manat pul ödəyir. Bu məbləğ isə qeyri-leqal yolla alınır.

Mənbə bildirir ki, bu məsələdən icra başçısı Adil Məmmədovun da xəbəri var. Hətta bununla bağlı ona dəfələrlə məlumat da verilib, ancaq icra başçısı heç bir tədbir görməyib.

Məlumatı verən qaynaq bildirir ki, Vasif Novruzov özü də bunu hansısa yığıncaqda etiraf edib. İcra başçısının bələdiyyə sədrinə heç bir təpki göstərmədiyini onların bu işi birgə həyata keçirdiyi ilə əlaqələndirən mənbə vurğulayır ki, əslində, Novruzova bu tapşırığı məhz Adil Məmmədov verib.

Məsələni dəqiqləşdirmək üçün Qobustan rayon icra başçısının köməkçisi Anar Əliyev və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Güləliyeva ilə əlaqə saxlamaq istəsək də, zənglərimiz cavabsız qaldı.Qaynar.info

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.