Qoca Səmədov görüş keçirdi

XALQ.AZ xəbər verir ki, Sentyabrın 6-da Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov ŞİH-nin məsul şəxsləri, Hüquq mühafizə orqanlarının, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüşü keçirmişdir.

Qəbul –görüşü Yevlax rayonu Xanabad kənd sakinləri ilə keçirilmişdir. Səyyar qəbulda İcra Hakimiyyətinin başçısı Qoca Səmədov giriş sözü söyləyərək, yerlərdə keçirilən bu cür səyyar qəbul-görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını bildirdi. İcra Başçısı vurğuladı ki, bu məsələ bir başa möhtərəm cənab Prezidentin vətəndaşalara göstərdiyi yüksək qayğı və diqqətin həyata keçirilmsi istiqamətində bizlərə verdiyi tapşırıqdan irəli gəlir. Biz də çalışırıq ki, vətəndaşlarımızı narahat edən məsələlərin həllinə yerindəcə nail olaq. Səyyar qəbulda sakinləri narahat edən müxtəlif məsələlərə – xüsusi ilə suvarma suyu, içməli su ilə bağlı məsələlərin həllinə rayon rəhbəri tərəfindən aydınlıq qətirildi, müvafiq izahatlar verildi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verildi. Digər qaldırılan məslələr və müraciətlərin həlli nəzarətə götürüldü. Sonda qəbulda iştirak edən kənd sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər və İcra Hakimiyyəti başçısının kənlərdə, qəsəbələrdə mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.

 

 

Orxan