Qolları qandallandı, cəza çəkməyə belə aparıldılar – Video

Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati qaydada həbs ediliblər.

XALQ.AZ-ın məlumatına görə, PA-nın sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni ilə qudası cəzasını çəkmək üçün Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə gətirilib.

Həmin anın videosunu təqdim edirik:

XALQ.AZ