Qorxmaz Hüseynovun tender oyunu-Milyonluq işlər kimə həvalə olunur?

“Azərsu” ASC-nin böyük tenderini 20 manat kapitalı olan şirkət qazandı.

XALQ.AZ xəbər verir ki, tenderi qazanan həmin şirkət “Kaskad-Hidro” MMC-dir.

“Azərsu” hidrofor nasos sistemlərinin təmiri işlərinin satın alınması üçün “Kaskad-Hidro” MMC-yə 3 milyon 64 min 281 manat ödəyəcək.

Şirkət 10 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Sabir Həmidov İsa oğludur.