Qoşulmama Hərəkatına sədrlik Azərbaycana keçib

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XVIII Zirvə Görüşündə quruma sədrlik Azərbaycana keçib.

XALQ.AZ xəbər verir ki, eyni zamanda 3 il müddətə quruma sədrlik edən Venesuela Prezidenti Nikolas Maduro Zirvə Görüşünün gündəliyinə uyğun olaraq səsvermə elan edib və Azərbaycan Prezidenti İlham Əliyev yekdilliklə Zirvə Görüşünün sədri seçilib.

Qeyd edək ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

N.Maduro ölkəmizə sədrlikdə uğurlar arzulayıb və üzv dövlətləri Azərbaycanın sədrliyi dövründə təşkilata öz töhfələrini davam etdirməyə çağırıb.