Qoşulmama Hərəkatının Zirvə görüşü Türkiyə KİV-lərində

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü Türkiyə KİV-ləri tərəfindən geniş işıqlandırılıb. 

XALQ.AZ xəbər verir ki, Zirvə görüşü ilə bağlı xəbərlərdə Prezident İlham Əliyevin çıxışına geniş yer verib.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat, Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin, BMT-nin Baş katibi Antonio Quterreşin çıxış və videomüraciətlərində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüslərinə dəstək ifadə olunub.