QT İnstitutunda “Açıq qapı” günləri keçiriləcək

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yeni layihəyə start verib. 

XALQ.AZ xəbər verir ki, agentliyin tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunda hər ay vətəndaşlar üçün “Açıq qapı” günləri keçiriləcək.

Məqsəd vətəndaşların istehlak etdiyi qida məhsullarının institutun laboratoriyalarına qəbulundan başlayaraq son müayinə nəticələrinə qədər keçdiyi mərhələləri əyani şəkildə onlara göstərmək, eyni zamanda laboratoriyaların imkanları, maddi-texniki bazası və bu sahədə görülən işlərin daha geniş auditoriyaya təqdim edilməsidir.

İlk “Açıq qapı” günü 20 noyabr, saat 11:00-13:00-da keçiriləcək. Vətəndaşlar (012) 565 12 72 (daxili nömrə 756), (070) 960 10 03 telefon nömrələrinə zəng edib qeydiyyatdan keçməklə İnstitutun laboratoriyalarına baxış keçirə və qida məhsullarının yoxlanılması prosesində iştirak edə bilərlər.