Quba: Bölgənin göz bəbəyi

32

 

Rayon tamamilə dəyişib, gözəlləşib və inkişaf edir

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Quba tutur.
Qeyd edək ki, Quba son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir.
Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mübariz Ağayevin gərgin əməyinin nəticəsidir. Belə ki, Mübariz Ağayev Qubaya rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Qubada görüləcək işlər çoxdur. Həm də Quba üçün görüləcək işlər həddindən artıq çoxdur.
Mübariz Ağayevin əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır.
Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Quba yalnız özünün alması ilə məşhur idisə, indi gözəlliyi, turizm zonası olması ilə ad çıxarmağa başlayıb. Onların sözlərinə görə, indi Quba şəhərinin, demək olar ki, hər bir guşəsi öz simasını dəyişir. 5-6 aydan sonra bu şəhərin tanınmaz dərəcədə dəyişəcəyinə əsla şübhə etmirlər.
Qeyd edək ki, Mübariz Ağayev icra başçısı gələndən sonra 36 dövlət əhəmiyyətli binaların açılışı olub. Bütün parklar yenidən qurulub. Bütün yollar təmir olunub. Düzdür, arxa küçələrdə təmir işləri getməyib, ancaq gözə görünən küçələr tam abadlaşıb. Arxa küçələrin abadlaşmasına gəldikdə isə zaman keçdikcə təmir olunaraq asvaltlanacaq. Gecikməyə səbəb isə su kanalizasiya xətlərinin yenidən qurulmasıdır.
Sonda onu da bildirək ki, hal hazırda Qubada yeni layihələrin reallaşdırılmasına, böyük işlərin görülməsinə, yeni-yeni abadlıq və quruculuq işlərinin həyata keçirilməsinə start verilib. Mübariz Ağayevin rəhbərliyi altında keçirilən bu işlərin yaxın aylarda özünün bəhrəsini verəcəyi isə şübhə doğurmur.

 

66 65