Quba seçiciləri seçki günü cənab İlham Əliyevə səs verəcəklərini bəyan edib

 

55

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Quba rayonunda da uğurla davam edir. Seçicilərlə növbəti görüş rayonun Xınalıq və Əlik ərazilərində keçirilib.Görüşü Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev açıb.Milli Məclisin deputatı Yevda Abramov görüşlərdə iştirak edib.Görüşlərdə iştirak edən seçicilər 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.