Qubada dəhşətli avtoqəza olub

 

07

Qubada iki maşın toqquşub, 3 nəfər xəsarət alıb

Oktyabrın 20-də axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Xalq.az APA-a istinadən xəbər verir ki ,  qəza Quba-Qonaqkənd yolunun, Püstəqasım kəndi ərazisindən keçən hissəsində qedyə alınıb.Xaçmaz rayon sakini, Seyfəddin İmamquliyevin idarə etdiyi 27 BJ 331 dövlət nömrə nişanlı “Daewoo nexia” markalı avtomaşınla əks istiqamətdə hərəkətdə olan Quba rayonu, Alekseyevka kənd sakini Məmməd Həsənovun idarə etdiyi 40 BD 733 qeydiyyatlı “Niva” markalı maşınla toqquşub. Qəza nəticəsində “Daewoo nexia”  olan sərnişinlər sürücünün anası, 1965-ci il təvəllüdlü Məryəm İmamquliyeva, qızı 1997-ci il təvəllüdlü Aysel İmamquliyeva  və “Niva”nın sürücüsü xəsarət alıb. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.