Qubada “KamAZ” piyadanı vuraraq öldürdü

22

 

Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası yolunun 150-ci km-də, Paşaoba kəndi ərazisində qeydə alınıb.Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Abdullayev Mənsur Babaverdi oğlu idarə etdiyi 90 KD 124 dövlət nömrə nişanlı, “KamAZ” markalı avtomaşınla piyada Quba rayon Bəlqov kənd sakini, 1954-cü il təvəllüdlü Hümmətəli Ayəttin oğlu Həlimovu vurub.

 

Piyada hadisə yerində dünyasını dəyişib.Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparıl