Qubada konfrans

 

56

Qubada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə respublikanın şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Milli adət-ənənələrimiz və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb.

 

Konfransın açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Müzəffər Talıblı, millət vəkilləri Vahid Əhmədov, İlham Əliyev, Yevda Abramov, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, ölkə ictimaiyyətinin və elmi dairələrin nümayəndələri iştirak ediblər.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında konfransın əhəmiyyətindən və ölkəmizdəki dövlət-din münasibətlərindən danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu istiqamətdə o, Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib və prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin, dinimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən söz açıb.

 

Tədbirdə çıxış edən din xadimləri ölkədə dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini bildirib, son dövrlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndiriblər.

 

Panellər üzrə davam edən konfransda “Azərbaycanın Şimal bölgəsində ənənəvi İslam”, “Ənənəvi İslam: dini radikalizmə qarşı mənəvi müdafiə sistemi”, “İrfan məktəbi –  ənənəvi İslamın bərpası mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

 

5758 59