media-33
Quba Rayon İcra Hakimiyyətində rayonunda məskunlaşmış Xocalı sakinləri ilə görüş keçirilmişdir.
26 fevral 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının otuz üçüncü ildönümünə həsr olunmuş görüş keçirilmişdir. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba rayonunda məskunlaşmış Xocalı sakinləri, “Azərmətbuatyayım” ASC-nin Quba bölməsinin meneceri, tanınmış şair Ramiz Qusarçaylı, RİHB-nin Quba şəhər və Zərdabi qəsəbə İƏD üzrə nümayəndələri, Quba və Zərdabi-Barlı bələdiyyəsinin sədrləri iştirak etmişdir.
Tədbirə Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş və xüsusi amansızlıqla törədilmiş ən ağır hərbi cinayətlərdən biri olduğu qeyd edilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin Xocalı faciəsini soyqırım kimi qiymətləndirməsi və dünya dövlətlərinə müraciətin qəbul edilməsi, dövlətimizin başçısı cənab İlham Əliyevin beynəlxalq aləmdə apardığı səylər və Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya ölkələri və beynəlxalq təşkilar tərəfindən Xocalı qətliamı ilə bağlı bir sıra mühüm qərarların qəbul edildiyi vurğulanmışdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun parlaq Qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etməsi, 2023-cü ilin sentyabr ayında birgünlük lokal xarakterli antiterror tədbirləri zamanı Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələrin tərksilah edilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixdə Xocalı şəhərində və Xocalı rayonunun Əsgəran qəsəbəsində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmasının bütün xocalıları xüsusilə qürurlandırması qeyd edilmişdir.
Qeyd edək ki, Xocalı soyqırımının otuz üçüncü ildönümü ilə əlaqədar Quba rayonunda çoxsaylı silsilə tədbirlər keçirilmiş, fevralın 26-da matəm əlaməti olaraq rayon ərazisində dövlət bayraqları endirilmiş, saat 17:00-da bütün rayon ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqqiqəlik sükutla yad edilməsi məqsədilə nəqliyyat vasitələrinin hərəkəti dayandırılmış və avtomobillərdən səs siqnallarının verilməsi təşkil olunmuşdur. Eyni zamanda, Quba Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin kollektivi tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqqiqəlik sükutla yad olunmuşdur.
media-33 media-34 media-35 media-36 media-37 media-38 media-39 media-40 media-41

media-ads728x90

Bənzər xəbərlər