Quldur ər və arvad həbs edildi

09

 

Xırdalan şəhərindəki aptekə gəlmiş iki naməlum şəxs orada satıcı işləyən Aynur Abdullayevanı və Sevinc Zeynalovanı bıçaqla hədələyib oradan 950 manat pul aparmışlar.
Hadisəni törəmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məhəmmədəli Muradov və arvadı Nurlana Əsədova Abşeron Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşlar.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 28-də Xatirə Məmmədovanın evindən 5000 rubl, 394 manat pul və qızıl əşyalarını oğurlamış Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Cəmilə Əzizova və Sitarə Əzizova yaxalanmışlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hadisələrlə bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.