Qurban bayramında Əfv sərəncamı olacaqmı?

“Qurban bayramında Əfv sərəncamının verilməsi real görünmür”.


XALQ.AZ xəbər verir ki, bu barədə açıqlamasında  hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, buna səbəb koronavirusla əlaqədar bir-birinin ardınca Əfv sərəncamlarının verilməsidir:


“Əfv sırəncamının verilməsini həmişə gözləyirik. Amma bu barədə heç bir məlumat yoxdur.  Bilirsiniz ki, koronavirusla bağlı yaşı 60-dan keçən və həbs müddətinin bitməsinə az qalan məhbuslar azad olunub. Buna görə də bu Qurban bayramında Əfv sərəncamının olacağını gözləmirəm”.