Qurban bayramında ətin qiyməti qaldırılacaq

15

Binyavirus xəstəliyindən iribuynuzlu heyvanların qırılır.Dövlət Baytarlıq Xidməti tərəfindən  lazımi tədbirlər  görülmür.

 

Ölkəmizdə sahibkarlar üçün lazımi tədbirlər görülüb ki, fəaliyyətlərini daha da genişləndirsinlər və xalqımızın saglam gida məhsulları ilə təmin etsinlər. Ölkə başçısı öz çıxışlarında məmurlara sahibkarların incidilməməsi onların işlərinə maneələr yaradılmamsını hər zaman vurgulayıb. Lakin bəzi işbazların öz əməllərindən əl çəkməyərək  bu nitqlərdən heç bir nəticə çixartmayıblar. Belə ki,Son zamanlar binyavirus xəstəliyinə yoluxmüş heyvanların müalicəsi ilə bağlı dərmanlarda suni qiymət artımı,Dövlət Baytarlıq Xidmətinin  regionlarda əməkdaşlarının xəstə heyvanlara 30-50 manat pul müqabilində baxılmasından məqalə dərc etmişdik. Bu sahədə araşdırmamız nəticəsində  məlum olmuşdur ki, xəstəlikdən ölən heyvanların leş ətlərinə Baytarlıq Xidməti rəy verərək paytaxtda və regionların dönərxanalarına satışını təmin etmişlər.

Belə ki, artıq bu xəstəliyinin yayılmasından 2 ay ötsədə fermerlər baytarlıq xidməti əməkdaşlarının xəstəliklə müarizədə aciz olduqlarını bildirirlər. Dərmanlarin çatışmamazlığı suni qiymət artımı heyvanların mülicəsini gecikdirir və heyvanların tələf olmasına səbəb olur.

Fermerlərin məktublarına əsasən Baytarlıq Xidməti xaricdən gətiriləcək dərmanların pullarını yığılması prosesi başa çatıb, lakin dərmanların gətirilməsi ləngiyir. Qeyd edək ki, bu xəstəlik fermerlərə xeyli ziyan vurub, belə ki, dövlət proqramına uygün olaraq sahibkarlara kömək milli fondu tərəfindən verilən güzəştli kreditlər  sahəsində yaradılan təsərrufat məhv olmaq ərəfəsindədir. Bu məqsədlə bölgələrdən olan fermerlər təsərrüfatlarını inkişaf etdirə bilmirlər. Heyvanların xəstəliyi ilə əlaqədar məhsulvermə qabiliyyətlərini  tam itiriblər. Bu da  əhalinin ərzaq təminatında təsir edir. Qarşıdan qurban bayramı gəlməsinə baxmayaraq fermerlər öz təsərrufatlarını xilas etməkdə acizdirlər. Bu səbəbdən bayram ərəfəsində suni qiymət artımı qaçılmazdır. Görünür Kənd Təsərrüfatı Nazirliyi ətin  bayramda süni qiymət artımında maraqlıdır.Əks halda zamanında lzımi tədbirləri görülməsini təmin edərdi.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.