Qurban Qurbanov: Qələbə üçün daha çox əziyyət çəkməliyik

Hamımız bir olmalıyıq. İçəridəki problemləri görürəm. İnsan yorğun olan zaman, istədiyini edə bilməyəndə psixoloji yorğunluq yaranır. Təcrübəli komandayıq, başqa çıxış yolumuz da yoxdur. Yorğun da olsaq, bu qrafikə uyğunlaşmalı və qələbə üçün daha çox əziyyət çəkməliyik.

XALQ.AZ xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının təxirə salınmış 7-ci turunda səfərdə “Keşlə” ilə oyundan sonra təşkil olunmuş mətbuat konfransında bildirib.

Oyunla bağlı fikirlərini bölüşən baş məşqçisi deyib: Meydana qələbə üçün çıxmışdıq, təəssüf ki, alınmadı. Oyun planımızda bir az çətinliklər oldu. Belə meydanda oynamaq da çətindir. Heyətdə müəyyən dəyişikliklər var. Zədəli futbolçularımız var. Futbolçular çox əziyyət çəkdi, yorğunluq hiss olunur. Əvvəllər də belə bir hal ilə rastlaşmışdıq. Biz məğlubiyyətləri düzgün qəbul edərək bu səviyyəyə çatmışıq”.

 

 

Orxan