Qurban Qurbanov tarixi olaydan danışdı

Antalyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu bu gün məşqdən əvvəl 20 Yanvar şəhidlərini 1 dəqiqəlik sükutla yad edib.

XALQ.AZ xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabında qeyd edilib.

Baş məşqçi Qurban Qurbanov futbolçulara faciə haqqında məlumat verib. O, ölkəmizin əvvəllər Sovet İttifaqının tərkibində olmasını, daha sonra 30 il öncə bu gün yüzlərlə dinc sakinin yalın əllə tankların qarşısına çıxaraq, öz canlarını gələcək müstəqil Azərbaycan üçün fəda etdiyini bildirib.

Q.Qurbanov oyunçulara hansı klubda oynadıqlarını və Qarabağın Azərbaycan üçün nə demək olduğunu xatırladıb.