Qurtuluşun 100 ili: Bakı möhtəşəm tədbirə hazırlaşır

Sentyabrın 15-də Bakı şəhərinin bolşevik-daşnak işğalından azad edilməsinin 100 illiyi münasibəti ilə paytaxtda möhtəşəm tədbir keçiriləcək.

XALQ.AZ xəbər verir ki,  iki gündən sonra baş tutacaq yubiley tədbirinə hazırlıqlar davam edir.
Tədbir proqramına əsasən, Şəhidlər Xiyabanından Əl Oyunları Sarayına qədər 1918-ci ilin hərbi geyimində və dövrün silahları ilə silahlanmış piyadaların və süvarilərin yürüşü olacaq. Mərasimə Dövlət Sərhəd Xidmətinin atlılarından ibarət 100-dən çox süvari və Müdafiə Nazirliyinin 150-dək piyada əsgəri cəlb olunacaq.

Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Orxan