Qusarda atışma olub,polis öldürülüb

04

 

Axşam saatlarında baş verən atışma nəticəsində 4 hüquq mühafizə orqanı əməkdaşı güllələnib

 

Qusarda atışma baş verib. Aldığımız məlumata görə, atışma axşam saatlarında qeydə alınıb. Atışma nəticəsində 4 polis əməkdaşı yaralanıb. Bunlar Qusar rayon polis şöbəsinin əməliyyat üzrə rəis müavini Məhəmməd İbrahimov, Cinayət Axtrış bölməsinin rəisi 1967-ci il təvəllüdlü Mövlud Əliyev, bölmənin əməliyyat müvəkilləri 1962-ci il təvəllüdlü Qalib Quliyev və Cəmil Nəsirovdur. Qusar Mərkəzi Rayon Xəstəxanasının travmatoqu Murad Şahvələdovun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq Qalib Quliyevi xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib. C.Nəsirov və M.Əliyev üzərində əməliyyat aparılır. M.İbrahimov isə ambulator yardımdan sonra evə buraxılıb.
Hadisə ilə bağlı polis şöbəsində araşdırmalar aparılır, atışmanın təfərrüatları dəqiqləşdirilir. Ərtaf rayonların polis şöbələrinin əməkdaşları da Qusara cəlb edilib.