Qusarda tədbir keçirilib

Qusar rayon Tarix-Diyarşünaslıq muzeyində Uşaq hüquqlarının müdafiəsi Aylığı çərçivəsində “Hüquqi gələcək – sağlam gələcək” adlı tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki,  Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, tədbirdə Uşaq hüquqlarının müdafiəsinin Qusar rayonu üzrə inspektoru Taleh Şahverdiyev, Qusar şəhər 4 saylı orta məktəbin 4-cü sinif şagirdləri, Qusar rayon MKS-nin işçiləri, Qusar rayon Heydər Əliyev Mərkəzinin işçiləri, Qusar rayon tarix-diyarşünaslıq muzeyinin kollektivi iştirak etdi. Tədbir zamanı muzeyin direktoru Xatirə Nağıbəyova “Respublikamızda uşaqların hüquqlarının qoruması yoluda görülən tədbirlər”, muzeyin bələdçisi Afət Nadirova “Uşaqların hüquqları nədən ibarətdir”, eksponat nəzarətçisi Tahirə Nəsruyeva “Uşaqların vəzifələri nədən ibarətdir?” mövzularda məruzələri dinlənilib.

Həmçinin Taleh Şahverdiyev, MKS-nin işçilərini, eləcə də 1 saylı orta məktəbin sinif müəlliməsi Lətifə Nurmətova və Heydər Əliyev mərkəzinin diretoru Neva Abdurrəhmanova mövzu ətrafında fikirlərini bildiriblər.

 

 

Orxan