Qusarın icra başçısı təcili Bakıya çağırıldı

44

 

 

Şair Alxasov Prezident Admnistrasiyasında çıxılmaz vəziyyətə düşüb, ondan edilən şikayətlərlə bağlı hesab soruşulub

Qusarın icra başçısı Şair Alxasov dünən təcili olaraq Bakıya, Prezident Admnistrasiyasına çağrılıb.Xalq.az-a rayondan verilən məlumata görə, icra başçısının çağırılmasının əsas səbəbi onun fəaliyyəti dövründə əhalinin etdiyi çoxsaylı şikayətlər olub.
Məlumatda vurğulanır ki, Alxasovla bağlı qusarlıların etdiyi şikayətlərin sayı o qədər çox olub ki, axırda işə Admnistrasiya qarışmaq məcburiyyətində qalıb. Elə edilən söhbətlər də məhz bununla bağlı olub və vəziyyətin niyə belə şəkil aldığı soruşulub. İddialara görə, icra başçısı verilən suallara cavab verə bilmədiyindən susmalı olub.
Maraqlı məqamlardan biri də odur ki, belə vəziyyətlə təkcə Şair Alxasov üzləşməyəcək. İlin sonunda bütün rayonlardakı vəziyyəti təhlil edən Prezident Admnistrasiyası ən çox şikayətlər olunan məntəqələrin rəhbərlərini bir-bir dəvət etməyə hazırlaşır.Jam.az