“Qutabın pulunu mən verdim”-Tələbələri ilə gəzməyə çıxan azərbaycanlı deputat

Milli Məclisin deputatı Aydın Mirzəzadə dərs dediyi tələbələrin qutab pulunu verib.

XALQ.AZ xəbər verir ki, bu barədə deputatın özü “Facebook” səhifəsində məlumat verib.

A.Mirzəzadə Qərb Universitetinin Politologiya fakultəsinin IV kurs tələbələrinə dərsi “İçərişəhər” metro stansiyası yaxınlığında keçdiyini yazıb: ” Youmuz İçəri şəhərədir. Dərs davam edir. Dərs dediyim tələbələrlə şair Əliağa Vahidin İçəri şəhərdəki heykəlinin yanında Çindən olan turistlərlə rastlaşdıq. Onlara Çinin tarixi və mədəniyyəti barədə elə müfəssəl danışdıq ki, elə bildilər ki, Çindən gələn bizik, onlar yox”.

Millət vəkili tələbələrlə dərsi Qoşa Qala qapısının yanında qutab yeməklə bitirdiklərini qeyd edib: “Oğlanlar özünü qabağa versələr də pulunu mən verdim”.

 

 

Orxan