Rəis intihar etdi

Ağdamda poçt şöbəsinin rəisi özünü asaraq intihar edib.

XALQ.AZ ona.az-a istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Tağıyeva Püstə Mərkəz qızı yaşadığı evin həyətində özünü asıb.  P. Tağıyeva  Ağdam Poçt Filialının Qaradağlı poçt şöbəsinin rəisi vəzifəsində işləyib.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.