Rəqsanənin əkizləri dünyaya gəldi

Müğənni Rəqsanə İsmayılova yenidən ana olub.

XALQ.AZ xəbər verir ki, bu haqda sənətçinin mətbuat katibi deyib. Əkizləri dünyaya gələn Rəqsanənin sözlərini olduğu kimi təqdim edirik: “Çox çətin bir dönəm oldu. Düzdür, mətbuatda ana olmağımla bağlı xəbər yayılmışdı. Amma həmin zaman ana olmamışdım. Hazırda ana oldum. Allahıma şükür edirəm və hər kəsə valideyn olmağı arzu edirəm.

Sadəcə, uşaqlar üç ay tez doğuldu. Hazırda əkizlər şüşə altında saxlanılır. İki ay bu cür davam edəcək.

Reanimasiyadan yeni çıxmışam. Həyat yoldaşım bu haqda çox danışmağımı istəmir. İnşallah bir az özümə gəlim işlərimə qayıdacam”.

Qeyd edək ki, bu, Rəqsanənin ikinci nikahıdır. O, Rusiyada yaşayan iş adamı Fazil bəylə ailəlidir. Sənətçinin Aysun və Yağmur adlı iki qızı da var.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.