Rəşad İsmayılov Qətərin iqtisadiyyat və ticarət naziri ilə görüşüb

Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayilov Qətərin iqtisadiyyat və ticarət naziri Şeyx Əhməd bin Casim Al Tani ilə görüşüb

XALQ.AZ  xəbər verir ki, görüş zamanı Azərbaycan-Qətər iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Qətər ticarət dövriyyəsinin inkişafından məmnunluq ifadə olunub.

Səfir cari ilin 8-10 oktyabr tarixlərində Qətərdə keçirilmiş I Beynəlxalq Məhsullar Sərgisində Azərbaycan şirkətlərinin iştirakına toxunaraq, qarşılıqlı olaraq bu növ tədbirlərdə iştirakın və səfərlərin təşkilinin ikitərəfli əməkdaşlığın inkişafındakı əhəmiyyətini vurğulayıb.

Qətərli nazir Azərbaycan-Qətər ticarət və iqtisadi əməkdaşlığının inkişafı üçün böyük potensialın mövcud olduğunu bildirərək, bu istiqamətdə səylərin artırılmasının zəruriliyini diqqətə çatdırıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.