Rəşad Mahmudov Azərbaycanı beynəlxalq tədbirdə təmsil etdi-Fotolar

Oktyabrın 2-3-də Daşkənd şəhərində Özbəkistan Səhiyyə Nazirliyi və Daşkənd Tibb Akademiyasının təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib.

Mötəbər tədbirdə Azərbaycanı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Mərkəzi Gömrük Hospitalının Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov təmsil edib. Beynəlxalq konfrans dünyada çox aktual olan, Dünya Səhiyyə Təşkilatının bütün ölkələrə tövsiyə edərək, həyəcan təbili çaldığı beyin qan dövranı və ürək xəstəliklərilə mübarizə, gələcək yol xəritəsinin çəkilməsinə həsr edilib.

XALQ.AZ xəbər verir ki, bu barədə məlumat verən  t.ü.e.d, tanınmış ürək cərrahı Rəşad Mahmudov bildirib ki, 500-dən çox iştirakçıının təmsil olunduğu beynəlxalq tədbirdə Avropanın, Uzaq Asiyanın, eləcə də postsovet ölkələrinin içərisində Azərbaycanın da yer alması sevindirici haldır:

“Azərbaycan adına elmi məruzələrlə bu xəstəliklərlə mübarizə mövzusunda həm öz təcrübəmizi, həm də dünya praktikasından olan reallıqları ortaya qoyduq.

Dünya ölkələrindən İtaliya, Polşa, Serbiya, İngiltərə, Almaniya, Cənubi Koreya və postseovet məkanından 3 ölkə – Rusiya, Özbəkistan, Azərbaycan iştirak edirdi. İki günlük tədbir sonrasında Özbəkistan səhiyyəsinin bu xəstəliklərlə mübarizəsində yol xəritəsinin hazırlanmasına 8 ölkə ilə yanaşı, ölkəmiz adına bizim imza atmağımız həm Azərbaycan səhiyyəsi, həm də həkim adına qürurverici bir hadisə idi”.

 

Rəşad Mahmudov hesab edir ki, bu cür beynəlxalq konfranslar səhiyyənin inkişafı üçün böyük əhəmiyyətə malikdir:

“Düşünürəm ki, bu şəkildə təşkil edilən beynəlxalq konfranslar həm ölkələrdə qeyd edilən xəstəliklərlə yeni mübarizə üsullarının, həm də səhiyyənin yeni inkişaf perspektivləri içərisində əhalinin sağlalığının daha geniş və güvənli şəkildə qorunması üçün atılan addımlardandır. Bu tədbirlər çərçivəsində həmin xəstəliklərlə mübarizə daha rahat və əlçatan olacaq. Əlbəttə ki, bu gözəl tədbirin keçirilməsi zamanı ilk 4 çıxışçı ölkə arasında Azərbaycana da yer verilməsi böyük üstünlük idi. Rusiyanı Pakrovski, Özbəkistanı tanınmış akademik Kərimov, Serbiyanı dünyaca məşhur cərrah Lazar Davıdoviç, Azərbaycanı isə mən təmsil edirdim. Bu cür mötəbər tədbirdə dünyaca məşhur şəxslərlə yanaşı mənim də ilk saatlarda məruzəmin dinlənilməsi həm ölkəmiz, həm də şəxsim adına qürurvericidir”.

 

 

Orxan

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.